ELM VƏ TƏHSİL


İxtisas magistraturasına aid proqramları seçən bakalavrların nəzərinə

Bakı, 7 iyun, AZƏRTAC

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına (68, 69 və 70 saylı proqramlar üzrə) qəbul olmaq istəyən bakalavrlar Qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar DİM-in internet saytına daxil olaraq “Bakalavrın qabiliyyət imtahanının buraxılış vərəqəsi”ni çap edib götürməli və vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağı qeyd edilən sənədləri gətirməlidirlər:

- Şəxsiyyətini təsdiq edən sənədi;

- Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsini;

- Sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- Musiqi sənəti istiqamətinin ixtisaslaşmalarını seçənlər, həmçinin musiqi ixtisaslaşmaları üzrə doldurulmuş proqram formasını.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı "Abituriyent" jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.