ELM VƏ TƏHSİL


İxtisas seçimi edən abituriyentlərin nəzərinə

Bakı, 14 sentyabr, AZƏRTAC

Məlum olduğu kimi, dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılırlar.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Bakı Ali Neft Məktəbinin (BANM) bütün ixtisaslarına qəbul olan tələbələrə birinci kursda hazırlıq proqramı əsasında “İngilis dili 1 və 2”, “İnformasiya-kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi 1 və 2” fənləri tədris olunur. Bu hazırlıq ili “Foundation” adlanır. Bakı Ali Neft Məktəbinin təklifini nəzərə alaraq, BANM ixtisaslarının müsabiqəsində iştirak etmək üçün qeyd olunan məhdudiyyət ləğv olunub. Bundan əlavə, xarici dil kimi digər dillərdən (rus, alman, fransız) imtahan verən abituriyentlərin də Bakı Ali Neft Məktəbinin ixtisasları üzrə müsabiqədə iştirakına icazə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.