ELM VƏ TƏHSİL


İxtisas seçimi edən abituriyentlərin nəzərinə

Bakı, 17 avqust, AZƏRTAC

Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və s. məlumatlar “Abituriyent” jurnalının 4 nömrəli buraxılışında çap olunur.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ildə ixtisas qrupları üzrə ümumilikdə 51 mindən çox plan yeri ayrılıb. Bu il ötən illə müqayisədə 2500-dən artıq yer nəzərdə tutulub. Lakin qrup və ixtisaslar üzrə yerlərin artma və ya azalma sayı müxtəlifdir. Ona görə də konkret ixtisaslar üzrə plan yerlərinin sayını müqayisə etmək ixtisas seçiminin uğurlu olmasına müsbət təsir göstərə bilər.

İxtisas seçimi edənlər 2021 və 2022-ci illərdə nəşr olunmuş “Abituriyent” 4 jurnalını DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən satış köşkündən əldə edə və ya www.abiturient.az saytından sifariş edə bilərlər.

Bundan əlavə, ixtisas seçimi üçün faydalı ola biləcək digər nəşrləri bir daha təqdim edirik:

- 2021-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarının dərc olunduğu “Abituriyent” jurnalının 2-ci nömrəsi;

- “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” xüsusi buraxılışları (I, II, III, IV qrup). Burada müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.