ELM VƏ TƏHSİL


İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək: “UNEC-i tanı!” layihəsi

Bakı, 12 iyul, AZƏRTAC

“UNEC-i tanı” layihəsi ixtisas seçimi ərəfəsində abituriyentlərə dəstək olmağa davam edir.

Azərbaycan Dövlət İqtisad Universitetindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqqı barədə ətraflı məlumat verilir. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərilir.

Qeyd edilib ki, 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlər bir semestr ərzində hər ay 100 AZN məbləğində təqaüd qazanmaq şansı əldə edirlər.

Bundan əlavə, Avropanın aparıcı universitetlərinin diplomuna UNEC-də sahib olmaq mümkündür. UNEC tələbələri 4 il ərzində London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Monpelye Universiteti və Paris şəhərində Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin diplomunu əldə edə biləcəklər.

UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə tələbə qəbulu həyata keçirilir.

Layihədə iştirak etmək istəyənlər 18-46 “Qaynar xətti”nə və ya 492-60-43 telefon nömrələrinə zəng etməklə qoşula, həmçinin UNEC-in rəsmi “Facebook” səhifəsinə yaza bilərlər.

Azərbaycanın regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlərin müraciətləri isə UNEC-in rəsmi “Facebook” səhifəsində cavablandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.