ELM VƏ TƏHSİL


İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

Bakı, 17 avqust, AZƏRTAC 

Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, avqustun 17-si saat 16:35-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 60, II qrup üzrə 732, III qrup üzrə 17, IV qrup üzrə 13, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.

11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 10569 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.