ELM VƏ TƏHSİL


“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub

Bakı, 12 sentyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Kitabçanı aşağıda qeyd olunan ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28 (12 sentyabrdan etibarən);

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M (14 sentyabrdan etibarən).

Kitabçanın elektron versiyasını isə (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (12 sentyabrdan etibarən).

Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.