REGİONLAR


İxtisaslaşdırılmış kurslar seçki hüququ ilə bağlı məlumatların artırılmasında mühüm əhəmiyyət kəsb edir

Ağcabədi, 17 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC 

Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədilə ölkənin regionlarında keçirdiyi seçki hüququ üzrə üçgünlük ixtisaslaşdırılmış kurslar başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kursların sonuncu günündə dairə seçki komissiyasının üzvləri, 27 məntəqə seçki komissiyasının sədri, habelə bir köçkün rayonun seçki məntəqəsinin sədri iştirak edib.

Kursda “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzusunda məruzə dinlənilib.

Sonra DSK sədri İbrahim Həsənov “Bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə MnSK-ların fəaliyyətinin təşkili və vəzifələri" mövzusunda seminar keçirib.

Mövcud qanunvericiliyin tələbləri, Seçki Məcəlləsinin konkret müddəaları şərh edilib, seçkilərin demokratik, azad və şəffaf keçirilməsi ilə bağlı iştirakçılara müvafiq metodiki tövsiyələr verilib. Bildirilib ki, ixtisaslaşdırılmış kurslar DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, seçki hüququ ilə bağlı məlumatların artırılması baxımından mühüm önəm kəsb edir.

Mövzular ətrafında fikir mübadiləsi aparılıb, dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.