CƏMİYYƏT


İyirmi beş nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 17 noyabr, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə Yevlax rayon sakini A.Abışovanın aldadılaraq 550 manat məbləğində pulunun alınması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb.

F.İsmayılovla bağlı aparılmış tədbirlər nəticəsində onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadaraq onlardan ümumilikdə 6600 manat pul alması da müəyyənləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.