REGİONLAR


İyirmi kitab bir təqdimatda

Sumqayıt, 15 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Birliyin “Natəvan” klubunda tənqidçi, publisist, tərcüməçi, “Qızıl kəlmə” ədəbi mükafatı laureatı Nərgiz Cabbarlının yaradıcılığına həsr olunmuş “20 kitab 1 təqdimat” da adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, AYB-nin katibi, şair, yazıçı, ssenarist İlqar Fəhmi Nərgiz Cabbarlının yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. O, AYB–də ilk dəfə olaraq belə bir formatda təqdimat mərasiminin keçirildiyini vurğulayıb.

AYB–nin katibi Rəşad Məcid, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, şairlər Əjdər Ol, Vaqif Bəhmənli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Əlizadə Əsgərli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçılar Mustafa Çəmənli, Seyran Səxavət və digərləri Nərgiz Cabbarlı yaradıcılığının müxtəlif istiqamətlərindən, ədədi prosesdə baş verən hadisələrə fərqli və fərdi münasibətindən söz açaraq, maraqlı faktları diqqətə çatdırıblar.

Çıxış edənlər bildiriblər ki, Nərgiz Cabbarlı 20 kitab dərc edərək bir təqdimat keçirməklə, maraqlı bir mesaj verib. Natiqlər təqdimat mərasiminin əslində bir yaradıcılıq hesabatı kimi qəbul etdiklərini vurğulayıblar.

Sonda çıxış edən Nərgiz Cabbarlı bu təqdimatın həqiqətən də hesabat xarakteri daşıdığını qeyd edərək, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.