REGİONLAR


İyirmi səkkiz ildən sonra Şuşada ilk azan oxunub VİDEO

Ağdam, 11 noyabr, T.Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada 28 ildən sonra ilk dəfə azan oxunub. Bu barədə video sosial şəbəkələrdə yayılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 28 ildən sonra bu qədim Azərbaycan torpağında azanı oxuyan ilk şəxs də məhz Azərbaycan əsgəridir. Rəşadətli Ordumuz tərəfindən azad olunan Şuşada üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.

Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirmişdi ki, 28 il yarım işğal altında olan Şuşanın Azərbaycan tarixində xüsusi yeri var: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.