İDMAN


İyirmi üç yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib

Bakı, 16 avqust, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparır. Yarışların birinci günündə oğlanlar və qızlar arasında altı çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızların yarışında Şəfəq Həmidova (48 kq), Bəsti Səfərova (57 kq), Aidə Baxışova (70 kq), oğlanların mübarizəsində isə Balabəy Ağayev (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Aliumar Tumayev (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.

Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.

Yarışa avqustun 16-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.