CƏMİYYƏT


İyul ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişi başa çatdırılıb

Bakı, 17 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyul ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini Qurban bayramı ilə əlaqədar vaxtından əvvəl təmin edib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyul ayının 8-15-i arasında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesabına köçürülüb.

Beləliklə, iyul ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımları qrafikdən əvvəl - bayrama qədərki günlərdə ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.