İQTİSADİYYAT
İyulda 1102 “Yaşıl Kart” müqaviləsi bağlanılıb
Bakı, 1 avqust, AZƏRTAC
İyul ayında "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1102 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
AZƏRTAC İcbari Sığorta Bürosuna istinadla xəbər verir ki, onlardan 1042 müqavilə Türkiyə və İran İslam Respublikasına, 51 müqavilə "Yaşıl Kart" sisteminə daxil olan bütün ölkələrə, 9 müqavilə isə Moldova və Ukraynaya səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. İyul ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 65 min 929 manat təşkil edib. “Yaşıl kart” üzrə bağlanılan müqavilələrin 968-i minik, 72-si yük, 45-i qoşqu, 15-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.
İyul ayında "Yaşıl Kart" sistemi çərçivəsində İcbari Sığorta Bürosu tərəfindən Türkiyədə baş vermiş 2 sığorta hadisəsi üzrə ümumilikdə 6 min 323 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Ötən ay cari ilin iyun ayı ilə müqayisədə "Yaşıl Kart" müqavilələrinin sayında 33 faiz artım müşahidə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:39]
Sumqayıtda yolların təmirinə başlanılıb
- 28.03.2024 [15:25]