İQTİSADİYYAT


İyulda 6 min 738 vergiödəyicisi qeydiyyatdan keçib

İyulda 6 min 738 vergiödəyicisi qeydiyyatdan keçib

Bakı, 8 avqust, AZƏRTAC 

Cari ilin iyul ayı ərzində 6 min 738 vergiödəyicisi qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bunlardan 1110-u hüquqi şəxs, 5 min 628-i isə fiziki şəxsdir.

Ay ərzində qeydiyyata alınmış hüquqi şəxslərin 69,8 faizi, fiziki şəxslərin isə 1,8 faizi elektron qaydada qeydiyyatdan keçib.

Bundan başqa, ötən ay 1354 nəzarət-kassa aparatı qeydiyyata alınıb, 3 min 997 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib. Ay ərzində 1324 təsərrüfat subyekti ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.