İQTİSADİYYAT


İyulda Azərbaycanda gündəlik neft hasilatı 778 min barrel olub

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycanda iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunun 704 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib. Gündəlik 500 min barrel xam neft, 70 min barrel kondensat, 29 min barrel isə neft məhsulları ixrac edilib. Cari ilin yanvar-iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barrel təşkil edib.

Nazirlik iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.