İQTİSADİYYAT
İyulda “Bakı” İEM-də 40 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
Bakı, 22 avqust, AZƏRTAC
İyul ayında “Bakı” İstilik Elektrik Mərkəzində (İEM) 40 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Ötən 7 ay ərzində isə İEM-də elektrik enerjisi istehsalı 269,1 milyon kilovat-saatdan artıq olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
Cari ili son üç ayı ərzində pik boylerdə, qaz-turbin qurğularının avadanlıqlarında, kompressor təsərrüfatında, dəniz suyu xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir.
Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.