DÜNYA


İyulda Norveçin neft hasilatı azalıb

Bakı, 19 avqust, AZƏRTAC

İyulda Norveçin neft hasilatı azalıb.

AZƏRTAC Norveç Neft Direktorluğuna istinadla xəbər verir ki, ötən ay Norveçin gündəlik neft hasilatı 2016-cı ilin iyul ayı ilə müqayisədə 7 faiz azalıb.

Ümumilikdə, neft hasilatı indiyədək bu ilin proqnozundan təxminən 1,2 faiz çoxdur. İyul ayında Norveçin gündəlik hasilatı təxminən 2 milyon barrel neft, kondensat olub və iyun ayı ilə müqayisədə sutkada 93 min barrel artıb.

Təbii qaz hasilatının ümumi həcmi isə iyunda 8,6 milyard kubmetrə nisbətdə iyulda 10,6 milyard kubmetr olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.