REGİONLAR


İyulda Tovuz istiqamətində döyüşlərdə yaralanmış əsgər Nurlan Quliyev ilə Masallıda görüş keçirilib

Masallı, 14 avqust, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin təxribatlarının qarşısının alınması zamanı Ağdam kəndində yaralanan Nurlan Quliyev ilə doğma kəndində - Masallı rayonunun Sığıncaq kəndində görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, ictimaiyyətin nümayəndələri Şəmkir və Gəncə hərbi hospitalında həkimlərin səyi nəticəsində qısa müddətdə sağalan Nurlan Quliyevə baş çəkiblər.

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən görüşdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Ermənistan silahlı bölmələrinin təxribatının qarşısını alaraq ona sarsıdıcı zərbə vurub, düşmənin xeyli sayda döyüş texnikasını, canlı qüvvəsini məhv edib.

Tədbirdə Tovuz rayonu istiqamətindəki şiddətli döyüşlər nəticəsində həlak olan Azərbaycan Ordusunun mayoru, əslən Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Anar Novruzovun xatirəsi ehtiramla yad edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Vəli Rzayev, rayon icra hakimiyyətinin məsul işçisi Afəddin Kərimov, gənclər və idman idarəsinin rəisi Camal Manafov, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və başqaları Nurlan Quliyevə hərbi xidmətdə uğurlar arzulayıblar.

Göstərilən diqqət və qayğıya görə ailəsi adından dövlətimizin başçısına minnətdarlığını bildirən əsgər Nurlan Quliyev bundan sonra da Vətənə sədaqətlə qulluq etməyə, Ali Baş Komandanın döyüş əmrinə həmişə hazır olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.