CƏMİYYƏT


İyulun 15-də Azərbaycanda koronavirusa qarşı 42 minə yaxın doza vaksin vurulub

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 41 min 733 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 17 min 994, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 23 min 739 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 242 min 727-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 530 min 767, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 711 min 960 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.