CƏMİYYƏT


İyulun 20-də Azərbaycanda koronavirusa qarşı 26 mindən çox vaksin vurulub

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26 min 36 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 10 min 666, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 15 min 370 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 383 min 875-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 591 min 666, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 792 min 209 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.