CƏMİYYƏT


İyulun 24-də Azərbaycanda koronavirusa qarşı 55 mindən çox vaksin vurulub

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 55 min dozadan çox vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 17 min 785, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 37 min 501 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 516 min 987-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 634 min 15, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 882 min 972 nəfərdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.