CƏMİYYƏT


İyulun 30-da Azərbaycanda 87 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurulub

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da Azərbaycanda 87 min 286 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 min 103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 37 min 183 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 885 min 572, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 827 min 855, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 57 min 717 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.