CƏMİYYƏT


İyulun 30-da Azərbaycanda COVID-19 əleyhinə 1994 doza vaksin vurulub

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1994 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 164, üç və daha çox doza vaksinlərin sayı 1241, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 816 min 323, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 366 min 563, ikinci mərhələ üzrə 4 milyon 857 min 770, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 337 min 654, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 254 min 336-dır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.