CƏMİYYƏT


İyulun 30-da bütün vəkil qurumlarında vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək

Bakı, 28 iyul, AZƏRTAC 

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin peşə bayramı günü münasibətilə iyulun 30-da saat 9:00-dan 18:00-dək vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

Kollegiyanın Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, həmin tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər.

Bakıda və respublikanın regionlarında yerləşən digər vəkil qurumlarının ünvanları ilə bağlı məlumatı aşağıdakı keçiddən əldə etmək olar: http://barassociation.az/communities

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.