İQTİSADİYYAT


İyulun 3-də “AgroX” innovasiya müsabiqəsinin yarımfinalçıları ilə görüş keçiriləcək

Bakı, 2 iyul, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi ilə “Startap Azərbaycan” təşkilatının birgə “AgroX” innovasiya proqramının iyulun 3-də “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində müsabiqənin yarımfinalçıları ilə görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Startap Azərbaycan” məlumat yayıb.

Bildirilib ki, proqramda iştirak 51 layihə təqdim olunub. Görüşdə “AgroX” müsabiqəsində iyunun 23-də keçirilmiş ilkin seçimdə ikinci mərhələyə keçən 12 startap komandanın üzvləri iştirak edəcəklər. Görüşdə, həmçinin layihənin mentorları, partnyorlar və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, “AgroX” Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi və “Innoland” Akselerasiya Mərkəzinin dəstəyi ilə “Startap Azərbaycan” tərəfindən həyata keçirilir. Müsabiqənin mükafat fondu 12 min AZN müəyyən olunub. Birinci yerin qalibinə 6 min AZN, ikinci yer 4 min AZN, üçüncüyə isə 2 min AZN təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.