CƏMİYYƏT


İyulun 3-də Azərbaycanda COVID-19 əleyhinə 1457 doza vaksin vurulub

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1457 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 493, ikinci doza vaksinlərin sayı 168, üç və daha çox doza vaksinlərin sayı 671, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 125-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 772 min 490, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 356 min 988, ikinci mərhələ üzrə 4 milyon 854 min 386, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 311 min 403, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 min 713-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.