CƏMİYYƏT


İyulun üçüncü ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından 1-3º yüksək olub

Bakı, 3 avqust, AZƏRTAC

Respublikanın əksər bölgələrində iyul ayının üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 1-3º yüksək olması və yağıntılı hava şəraiti ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 25.8º, Naxçıvanda 29.4º, Mil-Muğan, Mərkəzi Aran və Qarabağ bölgələrində 27-28º, Lənkəran-Astarada 22-27º, Gəncə-Goranboyda 26-28º, Dağlıq Şirvan bölgəsində və Qubada 21-22º, Şəki-Zaqatalada 25-31º, Qazax-Tovuzda 19-28º təşkil edib.

Havanın minimum temperaturu Gədəbəy 11º, Qazaxda 13º, Lənkəranda 15º, Quba, Zaqatala, Şəki və Şamaxıda 16º, Ceyrançöl, Tovuz, Gəncədə 18º, Maştağa və Naxçıvanda 19º, Zərdab, Cəfərxan və Bərdədə 20º, Acınohurda 23º qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.