İQTİSADİYYAT
İyun ayı üçün brokerlərin renkinqi cədvəli açıqlanmışdır
Bakı, 4 iyul (AZƏRTAC). Bakı Fond Birjası (BFB) iyun ayı üçün brokerlərin renkinqi cədvəlini açıqlamışdır.
BFB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dövlət qiymətli kağızlar və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatlar istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə cədvələ yenə də "Paşa Kapital" MMC başçılıq edir. Onun göstərdiyi xidmətlər 55 milyon manatı keçmişdir.
Brokerlərin renkinqi cədvəlində sonrakı iki yeri "Brokdil-Az" MMC (32,7 milyon manat) və "Standard Kapital" MMC (32,3 milyon manat) tutur. "Çelsi Kapital" MMC 15,5 milyon manat nəticə göstərərək cədvəldə beş pillə irəliləmiş, doqquzuncu yerdən dördüncü yerə yüksəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]