CƏMİYYƏT


İyun ayında 142 “Çağrı mərkəzi” 12,1 mindən çox müraciətə cavab verib

Bakı, 7 iyul, AZƏRTAC

Bu ilin iyununda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı mərkəzi”nə 12,1 mindən çox vətəndaş müraciəti daxil olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlər sosial təminat, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya sistemi, bu sahələr üzrə elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı olub. Onlardan 96 faizə qədərini sorğu xarakterli müraciətlər təşkil edib.

Sorğuların hər biri nazirliyin aidiyyəti sahələr üzrə mütəxəssisləri tərəfindən operativ və ətraflı cavablandırılıb. Araşdırılması tələb olunan sorğulara nazirliyin aidiyyəti struktur bölmələrində baxılıb və müvafiq tədbirlər görülüb.

Ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 34,6 mindən çox SMS göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.