İQTİSADİYYAT


İyun ayında V Azərbaycan Beynəlxalq sığorta forumu keçiriləcəkdir

Bakı, 28 aprel (AZƏRTAC). İyunun 19-20-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə V Azərbaycan Beynəlxalq sığorta forumu keçiriləcəkdir.

Forumda dünyanın, regionun və Azərbaycanın sığorta bazarında baş verən proseslər, sığorta sektorundakı meyillər və əməkdaşlıq imkanları müzakirə ediləcəkdir.

Forumda müzakirə ediləcək əsas məsələlər aqrar sığorta, fəlakət risklərindən sığorta, təkrar sığorta, tibbi sığorta, o cümlədən icbari tibbi sığortanın tətbiqi, avtomobil sığortası üzrə zərərlərin tənzimlənməsi olacaqdır. Həmçinin tədbirdə 2013-2014-cü illərdə Azərbaycanın sığorta bazarı, Qafqaz regionunun sığorta bazarında investisiya imkanları, yaşıl kart sisteminin tətbiqi məsələləri də diqqət mərkəzində olacaqdır.

Forumda yerli və xarici sığorta bazarını təmsil edən 250-dən artıq şirkətin nümayəndələrinin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.