İQTİSADİYYAT


İyunda Gömrük Komitəsi dövlət büdcəsinə 293 milyon manatdan çox vəsait daxil edib

Bakı, 6 iyul, AZƏRTAC

2018-ci ilin iyun ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 293 milyon 360,2 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmaları 97 milyon 37 min manat və ya 49,42 faiz çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 70 milyon 693,7 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 202 milyon 358,4 min manat, aksizlər üzrə 17 milyon 330,2 min manat, yol vergisi üzrə isə 2 milyon 977,9 min manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.