DÜNYA


İyunda Gürcüstanda ÜDM 7,7 faiz azalıb

Tbilisi, 7 avqust, AZƏRTAC

Cari ilin birinci yarısında Gürcüstanda Ümumi Daxili Məhsul (ÜDM) 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Bildirilir ki, cari ilin ikinci rübündə ölkə iqtisadiyyatı keçən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azalıb. Təkcə iyun ayında ÜDM-in azalması keçən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz olub.

Məlumatda bildirilir ki, iyun ayında Gürcüstanda mədən və karxanalar, su təchizatı, kanalizasiya, tullantıların idarə olunması və digər bu kimi sahələr istisna olmaqla iqtisadiyyatın bütün digər sahələrində azalma qeydə alınıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.