İQTİSADİYYAT


İyunda OPEC-in neft istehsalı azalıb

Bakı, 11 iyul, AZƏRTAC 

İyunda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft istehsalı may ayı ilə müqayisədə 68 min barrel azalaraq gündəlik 29 milyon 830 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,3 faiz olub.

Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Nigeriya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) artırıb. Nigeriyanın sutkalıq hasilatı 129 min barrel çoxalaraq 1 milyon 855 min barrelə çatıb. Səudiyyə Ərəbistanında gündəlik istehsal 126 min barrel artaraq 9 milyon 813 min barrel olub. BƏƏ-də isə neft hasilatı 23 min barrel çoxalaraq sutkada 3 milyon 83 min barrelə yüksəlib.

İyunda kartelə üzv ölkələrdə neft istehsalı ən çox İran, Liviya və Anqolada azalıb. İranın gündəlik hasilatı 142 min barrel azalaraq 2 milyon 225 min barrelə düşüb. Liviyada istehsal 58 min barrel geriləyərək sutkada 1 milyon 113 min barrel təşkil edib. Anqolada isə hasilat 57 min barrel azalaraq 1 milyon 418 min barrel təşkil edib.

Ötən ay dünyada 39 qazma qurğusu işə düşüb, ümumilikdə qurğuların sayı isə 2 min 378 olub. Həmin qurğuların 576-sı OPEC-ə üzv ölkələrdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.