İQTİSADİYYAT


İyunda POS-terminalların sayı 17,2 faiz artıb

Bakı, 27 iyul, AZƏRTAC

İyunda bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 4,7 faiz, POS-terminalların sayı 17,2 faiz artıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, iyunun 30-na fəaliyyət göstərən 26 bankın filiallarının sayı 492, şöbələrinin sayı 96, ATM-lərin sayı 2935 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7 faiz (147 nəfər) artaraq 21 min 526 nəfər təşkil edib. Ümumilikdə, cari ilin 6 ayında bank sektorunun işçi sayı 5,9 faiz və ya 1197 nəfər artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.