İQTİSADİYYAT


İyunda "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi fiziki və hüquqi şəxslərə 400-dən çox sertifikat verib

Bakı, 3 iyul, AZƏRTAC

İyun ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə 400-dən çox sertifikat verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Ramil Hüseyn deyib.

"Sertifikat verilən məhsullar Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, İsveçrə, Qətər, İtaliya, Qazaxıstan, Vyetnam, Malayziya, Almaniya, Serbiya, İran, Yunanıstan, Ukrayna, Çin, Kanada, Hollandiya, Çex Respublikası daxil olmaqla müxtəlif ölkələrə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 9 faizindən çoxunun sənədləşdirilməsi "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində həyata keçirilir", - deyə R.Hüseyn qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.