İQTİSADİYYAT


İyunda qlobal neft təklifi gündəlik 98,8 milyon barrel olub

İyunda qlobal neft təklifi gündəlik 98,8 milyon barrel olub

Bakı, 12 iyul, Nihad Budaqov, AZƏRTAC

Qlobal neft təklifi bu ilin iyun ayında mayla müqayisədə gündəlik orta hesabla 370 min barrel artaraq 98 milyon 800 min barrel təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı isə iyunda əvvəlki ayla müqayisədə 180 min barrel çoxalaraq 31 milyon 870 min barrel olub. OPEC-in xam neftdən savayı digər şərti olmayan istehsalı iyun ayında gündəlik 6 milyon 930 min barrel təşkil edib. Beləliklə ötən ay OPEC-in ümumi hasilatı sutkada 38 milyon 800 min barrel olub.

İyunda OPEC üzrə neft istehsalı ən çox Liviya və Venesuelada azalıb. Liviyada neft istehsalı 260 min barrel geriləyərək gündəlik 760 min barrelə enib. Venesuelada isə hasilat 60 min barrel azalaraq sutkalıq 1 milyon 300 min barrelə düşüb.

Keçən ay OPEC-ə üzv ölkələrdən Səudiyyə Ərəbistanı və İraqda neft istehsalı artıb. Səudiyyə Ərəbistanının neft istehsalı 430 min barrel artaraq gündəlik 10 milyon 460 min barrel, İraqın hasilatı isə 80 min barrel çoxalaraq sutkada 4 milyon 500 min barrel olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.