CƏMİYYƏT


İyunun 19-da Azərbaycanda koronavirusa qarşı 40 min 709 doza vaksin vurulub

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 40 min 704 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 837, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 17 min 872 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 956 min 663-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 931 min 642, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 025 min 021 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.