ELM VƏ TƏHSİL


İyunun 21-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

Bakı, 23 iyun, AZƏRTAC 

Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan doqquzuncu və on birinci sinif şagirdləri üçün iyunun 21-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanın nəticələri iyunun 23-ü saat 18:25-dən etibarən mərkəzin internet səhifəsində yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər nəticələr, habelə cavab kartının qrafik təsviri ilə DİM-in internet səhifəsi vasitəsilə tanış ola bilərlər. İmtahan nəticələrini mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

Doqquzuncu sinif şagirdləri üçün keçirilən imtahanda 37029 nəfərin iştirakı nəzərdə tutulub. Onlardan 419-u imtahana gəlməyib, 14-ü isə qaydaları pozduğu üçün imtahandan xaric edilib. On birinci sinif üzrə keçirilən imtahanlarda iştirakı gözlənilən 27771 şagirddən 431-i imtahana gəlməyib, 22-si isə qaydaları pozduğu üçün imtahandan çıxarılıb.

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apellyasiya Komissiyasına iyunun 25, 27 və 28-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini gətirməklə şəxsən müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.