CƏMİYYƏT


İyunun 25-də Azərbaycanda koronavirusa qarşı 72 mindən çox vaksin vurulub

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 72 min 301 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 972, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 36 min 329 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 218 min 651-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 70 min 526, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 148 min 125 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.