İQTİSADİYYAT


İyunun 28-də keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib

Bakı, 28 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 28-də keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, nəqliyyat vasitələrinə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 9 min manata olan “Honda Accord” markalı avtomobilə edilən ən son təklif 11 min 900 manat olub. Bundan başqa, ilkin satış qiyməti 4500 manata olan “Chevrolet Niva” markalı maşın 5200 manata özəlləşdirilib. Satılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3yqruGw)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.