ELM VƏ TƏHSİL
İyunun 3-də növbəti SAT imtahanı keçiriləcək
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 3-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak edəcək şəxslər saat 7.30-dək imtahan binasında olmalıdırlar. İmtahana gecikənlər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 8.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlanacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı http://www.dim.gov.az/exam/sat/ keçidindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:49]
Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”
- 25.04.2024 [18:31]