CƏMİYYƏT
İyunun birinci ongünlüyü orta temperaturun çoxillik iqlim normasından 3-5ºC yüksək olması ilə səciyyələnib
Bakı, 16 iyun, AZƏRTAC
Respublikanın əksər bölgələrində iyun ayının birinci ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 3-5ºC yüksək olması və az yağıntılı hava şəraiti ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 24,1º, Naxçıvanda 26,4º, Mil-Muğan, Mərkəzi Aran, Gəncə-Daşkəsən və Qarabağ bölgələrində 25-26⁰, Lənkəran-Astarada 23-26º, Dağlıq Şirvan bölgəsində və Qubada 22º, Şəki-Zaqatalada 24-26⁰, Qazax-Tovuzda 19-26⁰ təşkil edib.
Havanın minimum temperaturu isə Gədəbəy və Mərəzədə 10º, İsmayıllıda 11º, Naxçıvan və Lənkəranda 13º, Acınohur və Qubada 14º, Cəfərxan və Şamaxıda 15º, Astarada 16º, Şəki, Zərdab və Bərdədə 17º, Maştağa, Gəncə, Ceyrançöl, Tovuz və Zaqatalada 18º, Göyçayda 19º olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]