İDMAN


İyunun ortalarında MBA-da çempionatın təqviminin müəyyənləşməsi ehtimal olunur

Bakı, 21 may, AZƏRTAC

İyunun ortalarında MBA-da çempionatın təqviminin müəyyənləşməsi ehtimal olunur.

AZƏRTAC xəbər verir ki, artıq liqa rəhbərliyi təqvimlə bağlı müzakirələr aparır. İndiki məqamda yeganə çətinlik mövsümün bərpasının elan edilməsidir. Çox güman ki, iyunun əvvəlində bu məsələyə də aydınlıq gələcək.

Amerikalı basketbol şərhçisi Brayan Uindhorst bildirib ki, mövsümün davam etdirilməsinə ümid böyükdür. Çünki koronavirus Amerikada pik dövrünü keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.