İyunun üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 2-3º yüksək olması ilə səciyyələnib
AzerTAg.az
Bakı, 7 iyul, AZƏRTAC
Respublikanın əksər bölgələrində iyunun üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 2-3º C yüksək olması və nisbətən yağıntılı hava şəraiti ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 25.2º, Naxçıvanda 25.5º, Mil-Muğan, Mərkəzi Aran və Qarabağ bölgələrində 26-28º, Lənkəran-Astarada 26-28 º, Gəncə-Daşkəsəndə 25-26º, Dağlıq Şirvan bölgəsində 23-24º, Şəki-Zaqatalada 24-25º, Qubada 22.7º, Qazax-Tovuzda 17-24º təşkil edib.
Havanın minimum temperaturu Gədəbəydə 10º, Naxçıvan və Acınohurda 14º, Dağlıq Şirvanda 15-17º, Şəki, Zaqatala, Gəncə və Ceyrançöldə 17º, Maştağa, Cəfərxan, Zərdab, Bərdə, Lənkəran və Qubada 19º, Astarada 21º qeydə alınıb.

Xəbərin mətnində orfoqrafik səhv var