ELM VƏ TƏHSİL


“İzahlı dini terminlər lüğəti” nəşr olunub

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən “İzahlı dini terminlər lüğəti” nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, lüğət bu ali təhsil müəssisəsinin müəllim heyəti tərəfindən hazırlanıb. Terminlər əlifba sırası ilə verilib, lüğəvi və terminoloji mənaları izah edilib.

Lüğətdə yalnız İslam dini ilə əlaqəli terminlərin deyil, digər böyük dünya dinlərində də istifadə olunan əsas ifadələrin izahı verilib. Terminlərin şərhləri və izahında həm yerli, həm də xarici ölkələrdə çap edilmiş elmi-dini ədəbiyyatdan istifadə olunub. Həmçinin kitabın hazırlanması zamanı Azərbaycan, ərəb, türk, ingilis, rus və fars dillərində yazılmış müxtəlif lüğətlərdən, ensiklopediyalardan, eləcə də təfsir, hədis, fiqh, kəlam, təsəvvüf, fəlsəfə, tarix, antropologiya, din tarixi, sosiologiyası, psixologiyası, fenomenologiyası və başqa sahələrdəki kitablardan istifadə edilib.

Qeyd edək ki, ölkəmizdə hər il din sahəsində çox sayda əsər nəşr olunur. Dini nəşrlərin elmi və linqvistik keyfiyyətinin artırılması üçün vahid terminologiyanın yaradılması vacibdir. Azərbaycan İlahiyyat İnstitutunun hazırladığı “İzahlı dini terminlər lüğəti” məhz bu zərurətdən irəli gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.