CƏMİYYƏT


İzmir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib

İstanbul, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Türkiyənin İzmir şəhərinin Heydər Əliyev adına Peşə və Texniki Liseyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Xəzər İbrahim Ulu Öndərin şərəfli ömür yolu, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin güclənməsi istiqamətində yürütdüyü müdrik siyasət barədə danışıb.

Bu tədbirin “Bir millət, iki dövlət” kəlamının göstəricisi olduğunu vurğulayan səfir Azərbaycan-Türkiyə münasibətlərinin bölgədə, eləcə də dünyada nümunəvi olduğunu qeyd edib. O, bu istiqamətdə görülən işlərin öz məqsədinə çatdığını bildirib.

Anım mərasimində çıxış edən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova Ulu Öndərin Azərbaycan və türk dünyası üçün gördüyü işlərdən danışıb. Ümummilli Liderin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan N.Nəsibova onun xalqın həyatında, ölkənin inkişafında və vətəndaşların uğurlarında təhsilin əsas rol oynadığı prinsipini daim yüksək tutduğunu vurğulayıb. Müşavir Ulu Öndərin Azərbaycanda təhsilin inkişafında əvəzsiz rolu olduğunu qeyd edib.

Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin adını tarixin qızıl səhifəsinə yazdıran dahi şəxsiyyətlərdən biri olduğunu qeyd ediblər.

Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər, musiqilər səsləndirilib, səhnəciklər göstərilib.

Sonra səfirlik tərəfindən liseydə “Heydər Əliyev” mövzusunda keçirilən inşa, şeir və rəsm müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.