QAN YADDAŞI


İzmirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

İzmir, 21 yanvar, AZƏRTAC 

AZƏRTAC xəbər verir ki, Türkiyənin İzmir şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar ehsan paylanılıb.

AZƏRTAC xəbər verdi ki, İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin rəhbərliyi tərəfindən təşkil olunan tədbir Bornova rayonunun mərkəzində iki saat davam edib. Təşkilatçılar açıq havada insanlara 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törədilmiş hərbi cinayətin təfərrüatı ilə bağlı məlumat veriblər.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandıran dərnək üzvləri ölkələrimizin və xalqlarımızın qardaşlığına dair şüarlar səsləndiriblər. “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə təşkilatçılara qoşulan sakinlər şəhidlərimizə ehtiramlarını nümayiş etdiriblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İzmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.