DÜNYA
İzmirdə Zəfər yürüşü keçirilib
Ankara, 9 sentyabr, AZƏRTAC
Türkiyənin İzmir şəhərinin yunan işğalından azad olunması münasibətilə “Zəfərin 98-ci ildönümü” şüarı altında izdihamlı yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə şəhərin küçə və meydanları bayramsayağı bəzədilib. Zəfər yürüşünə qatılanlar 350 metr uzunluğunda dövlət bayrağını Lozan meydanına qədər daşıyıblar.
Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın möhtəşəm uçuşları olub.
Açıq havada Zəfər Gününü tərənnüm edən müxtəlif tədbirlər keçirilib.
Qeyd edək ki, 1922-ci il avqustun 26-da Türkiyə xalqının yadelli işğalçılara qarşı başladığı qurtuluş mübarizəsinin həlledici mərhələsi olan “Böyük hücum” sentyabrın 9-da İzmirdə şanlı qələbə ilə başa çatıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]