DÜNYA


İzmirdə baş verən zəlzələ nəticəsində dörd nəfər həlak olub

İstanbul, 30 oktyabr, AZƏRTAC

İzmirdə baş verən zəlzələ nəticəsində ilkin məlumata görə dörd nəfər həlak olub, 120 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.