DÜNYA


İzmirdə dağıntılar altında qalanlar var

İstanbul, 30 oktyabr, AZƏRTAC

İlkin məlumata görə İzmirdə zəlzələ nəticəsində beş bina tam dağılıb, dağıntılar altında qalan vətəndaşlarımız var.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum hadisə yerindən ilk açıqlamasında deyib.

Qeyd edilib ki, hazırda axtarış-xilasetmə işlərinə başlanılıb.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.